ABŞ ordusu Əl-Qaidə liderlərindən birini məhv edib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ ordusu Suriyanın şimal-qərbində hava hücumu zamanı "Əl-Qaidə"nin liderlərindən birini məhv edib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının bəyanatında bildirilib.

"Bu gün Suriyanın şimal-qərbində ABŞ-ın hava hücumu zamanı Əl-Qaidənin yüksək rütbəli lideri Əbdül Həmid əl-Matar öldürülüb.MQ-9 təyyarəsi ilə həyata keçirilən zərbə nəticəsində mülki vətəndaşların tələfatına dair heç bir məlumat yoxdur"-deyə açıqlamada deyilib.

Əlavə olaraq bəyanatda ABŞ ordusunun mayoru Con Riqsbi bildirib ki, Əl-Qaidənin bu yüksək rütbəli liderinin vəzifədən kənarlaşdırılması terror təşkilatının ABŞ vətəndaşlarını, tərəfdaşlarımızı və günahsız mülki insanları təhdid edən qlobal hücumlar təşkil etmək və həyata keçirmək qabiliyyətini pozacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31