Koronavirusa yoluxanların sayı 37 141 nəfərə yüksəlib

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 37 141 nəfər artaraq 8 168 305 nəfərə çatıb. 

Bu barədə koronavirusla mübarizədə  böhran mərkəzindən məlumat verilib.

Yoluxanların nisbi artım tempi 0,46% təşkil edib.

Son sutka ərzində Sankt-Peterburqda 3223, Moskvada 2428, Samara vilayətində 948, Nijni Novqorod vilayətində 749, Voronej -721 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. 

Hazırda müalicə alan xəstələrin sayı artaraq 822 792 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31