Vaksin olunmamış hamilə qadın əvvəl körpəsini, sonra həyatını itirdi

İzmitdə yaşayan hamilə Elif Balcı, körpəsinin zərər görəcəyindən qorxaraq koronavirus peyvəndi olunmadı. Bu prosesdə Covid-19-a yoluxan Balcı, bətnindəki körpəsini itirib. Vəziyyəti pisləşən ana əvvəlcə intubasiya edilib, daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq xəstəlikdən xilas ola bilməyən Balcı körpəsi kimi həyata tutuna bilməyib.

Olaylar.az xəbər verir ki, İzmitdə körpəsinin zərər görəcəyindən qorxduğu üçün Covid-19 peyvəndi olmayan hamilə Elif Balcının Covid-19 testi müsbət çıxıb. Evində karantinə alınan Balcının səhhəti pisləşdiyi üçün özəl xəstəxanaya aparılıb. Balcı müalicə zamanı bətnindəki körpəsini itirib.

Dərhal əməliyyata alınan Balcı intubasiya olunduqdan sonra reanimasiya şöbəsində müalicə olunub. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq Balcı körpəsindən sonra dünyasını dəyişib.

Özəl sağlamlıq peşə liseyinin sahibi Metin Balcının həyat yoldaşı və bir uşaq anası Elif Balcının cənazəsi İzmit Şəhər Qəbiristanlığında torpağa verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31