Rostov AES-də sızma olub
21 Oktyabr 2021 23:00 DünyaRusiyanın Rostov şəhərində Atom Elektrik Stansiyasında (AES) buxar sızması olub.
Pravda.az-ın xəbərinə görə, bununla əlaqədar ikinci enerji bloku dayandırılıb. Hazırda bu blokda təmir işlərinə başlanılıb.
İnsident nəticəsində zərərçəkən olmayıb, AES ərazisində radiasiya fonu norma çərçivəsindədir. Digər üç enerji bloku fəaliyyətini davam etdirir.
Hadisənin səbəbi araşdırılır.
Rostov AES Simlyansk su anbarının sahilində yerləşir.
AES-dən Rostov şəhərinə məsafə 205 km, Volqoqrad şəhərinə isə 175 km-dir.
Mənbə: pravda.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31