Bu ölkədə peyvənd olunmayanlar gecə çölə çıxa bilməyəcək

Rumıniyada koronavirusa yoluxma hallarının artması səbəbindən gələn həftədən etibarən məhdudiyyətlər sərtləşdiriləcək.

"Romaniajournal"  xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus Yohannis deyib.

O bildirib ki, maska taxmaq təkcə qapalı məkanlarda yox, açıq havada da məcburi olacaq:

"Tələbələr iki həftəlik tətilə buraxılacaq. Peyvənd olunmamış vətəndaşlarla bağlı da sərt tədbirlər görüləcək. Onlara gecə çölə çıxmaq qadağan olunacaq. Gün ərzində əksər tədbirlərə yalnız yaşıl sertifikatı (peyvəndolunma, immunitet) olanlar buraxılacaq".

O vurğulayıb ki, pandemiyanı dayandırmağın tək həll yolu vaksinasiyadır.

Mənbə: olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31