Türkiyədə iki bacı 15 dəqiqə fərqlə koronavirusdan öldü - FOTO

Türkiyənin Samsun şəhərində iki bacı bir-birindən 15 dəqiqə fərqlə koronavirusdan dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bacılardan biri "Çarşamba" dövlət xəstəxanasının laboratoriyasında, digəri isə həmin xəstəxananın yeməkxanasında işləyib.

Qeyd olunur ki, bacılar 1 ay əvvəl koronavirusa yoluxublar və evdə müalicə alıblar. Lakin bir müddət əvvəl onların vəziyyətləri pisləşib və "Çarşamba" xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, 36 yaşlı Elif Aydın Yamak bir, 43 yaşlı İlknur Ünal isə dörd uşaq anasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31