Şimali Koreya Yapon dənizinə mərmi atdı
19 Oktyabr 2021 11:12 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Şimali Koreya oktyabrın 19-da Yapon dənizinə naməlum bir mərmi atdı.
Bu barədə Cənubi Koreya Baş Qərargah Rəisinin Yonhap agentliyinə verdiyi açıqlamada bildirilir.
Yaponiya Sahil Mühafizəsi ehtimal edir ki, Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket buraxdığını bildirib.
Sentyabrda Pxenyan yeni raket sınaqları həyata keçirib. Sentyabrın 15-də Şimali Koreya Yaponiyanın müstəsna iqtisadi zonasına sıçrayan iki ballistik raket buraxıb. Sentyabrın 28-də Cənubi Koreya Baş Qərargah Rəisləri Şimali Koreyanın eyni istiqamətə qısa mənzilli raket buraxdığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31