Koronavirusa yoluxanların sayı 8 milyonu ötüb

Olaylar.az TASS-a istinadən xəbər verir ki,  Rusiyada  koronavirusa yoluxma halları son sutka ərzində 34,325 nəfər artaraq,  8 027 012-ə çatıb.

Bu barədə  koronavirusla mübarizə böhran mərkəzindən verilən məlumatda deyilir.

Yoluxanların artım tempi  0,43%  təşkil edib.

Xüsusilə, son sutka  ərzində Sankt -Peterburqda  3097, Samarada 915, Nijni Novqoroda 715, Voronejdə 676 və Başqırdıstanda 660 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib.

Hazırda Rusiyada  koronavirusdan müalicə alan xəstələrin sayı 785 644-ə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31