Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqolada

Olaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Anqolaya səfər edib. Prezident Recep Tayyip Erdoğan Anqolanın paytaxtı Luanda şəhərinə "TUR" özəl təyyarəsi ilə gəlib. Rəsmi əlaqələrinə bu gün başlayan  Ərdoğanı Anqola prezidenti Lourenço Prezident Sarayında keçiriləcək rəsmi mərasimdə qarşılayacaq.

Bu barədə TRT HABER-in canlı efirində məlumat verilib.

Məlumata əsaasən, Prezident Recep Tayib  Ərdoğanı Luanda Quatro de Fevereiro Beynəlxalq Hava Limanında Anqola xarici işlər naziri Tete Antonio və Türkiyənin Luanda Alp Ay səfiri qarşılayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31