Fransa səfiri Belarusu tərk edir

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Fransanın Belarusdakı səfiri Nikolas de Lakoste ölkəni tərk edib. Bu barədə Fransa səfirliyinin mətbuat katibi  mediaya açıqlamasında bildirib."Bəli, səfir getdi. Bütün açıqlamalar sabah veriləcək"- deyə sözçü söyləyib. Fransa səfiri etimadnaməsinin surətlərini 2020 -ci ilin dekabrında Belarusiyanın xarici işlər naziri Vladimir Makeyə təhvil verib. Lakin bu günə qədər etimadnaməsini Prezident Aleksandr Lukaşenkoya verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31