Angela Merkel Türkiyəyə səfər edəcək

Olaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, siyasətlə vidalaşmağa hazırlaşan Almaniya kansleri Angela Merkel, danışıqlar aparmaq üçün bu gün Türkiyəyə gələcək. Prezident Ərdoğanın dəvəti ilə reallaşacaq səfərdə ikitərəfli əlaqələr və regional mövzular müzakirə ediləcək.

Bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Xatırladaq ki, Angela Merkel 2005 -ci ildə keçirilən seçkilərdə hakimiyyətə gəlib və 16 il Almaniya kansleri olaraq çalışıb. Türkiyə yaradıcılığında hər zaman önəmli yer tutub. Problemləri həll etmək və ya yeni əlaqələr üçün addımlar atan, dəfələrlə Türkiyəyə gələn Merkel bu dəfə vida ziyarəti edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31