Çinin ilk ağıllı neft platforması fəaliyyətə başlayıb
15 Oktyabr 2021 15:24 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Çin ölkənin Bohai dənizində yerləşən ilk ağıllı neft platformasını istifadəyə verib.
Bu barədə Çin Mərkəzi Televiziyası oktyabrın 15-də xəbər verib.
Platformanın idarəetmə sistemi bulud hesablama, böyük verilənlər bazası, süni intellekt, 5G rabitəsi və Beidou peyk naviqasiyası kimi texnologiyalarla təmin edilib. Bu texnologiyalar Smart Field Qinhuangdao 32-6 adlı müəssisədə istehsal proseslərinin aktivləşdirilməsi üçün birlikdə istifadə olunur.
Platforma süni intellekt texnologiyasından istifadə edən ağıllı təhlükəsizlik sistemi ilə də təchiz edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31