Bu ölkədə koronavirusa yoluxanların sayı dayanmadan artır
15 Oktyabr 2021 14:13 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanda son sutka ərzində 3270 nəfər koronavirusa yoluxub. 26 nəfər isə ölüb.
Bu barədə StopCov xəbər saytının verdiyi məlumatda bildirilir.
Yoluxmaların artım tempi gün ərzində- 8,58%, son 14 gündə- 7,58%, son bir həftədə isə- 8,75% təşkil edib.
Hazırda Gürcüstanda 652677 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Ümumilikdə 1298 nəfər infeksiyadan sağalıb.
Gürcüstanda ilk koronavirus hadisəsi fevralın 26-ı 2020-ci ildə qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31