10 uşağı öldürüb qanını içən "Vampir" ləqəbli qatil axtarışda

İyul ayında Keniyada tutulan, ən az 10 uşağı öldürdüyü və bəzilərinin qanını əmdiyi məlum olan Masten Milimo Wanjala saxlanıldığı polis bölməsindən qaçıb. Səlahiyyətlilərin "son dərəcə təhlükəli" adlandırdıqları "Vampir" ləqəbli qatili yaxalamaq üçün işlər davam edir.

Olaylar.az xəbər verir ki, 20 yaşlı Masten Milimo Wanjala, Nairobi kənarında iki uşağın cəsədi tapıldıqdan sonra polisin axtarışı nəticəsində iyul ayında tutulmuşdu. 5 il ərzində 10 uşağı öldürdüyünü etiraf edən Milimonun uşaqları fidyə üçün qaçırdığı iddia edilib. 

Cinayətləri etiraf etdikdən sonra həbs edilən "Vampir" ləqəbli şəxs həbsxanadan qaçıb. Səlahiyyətlilər tərəfindən "son dərəcə təhlükəli" adlandırılan qatil hər yerdə axtarılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31