Taliban rəsmiləri Rusiyaya səfər edəcək
14 Oktyabr 2021 13:29 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Taliban rəsmisi Əfqanıstanla bağlı Moskva formatlı məsləhətləşmələrdə iştirak etmək üçün gələn həftə Rusiyaya səfər edəcək.
Bu barədə Maria Zaxarova mediaya açıqlamasında bildirib.
"Gələn həftə, Taliban hərəkatının nümayəndə heyətinin Əfqanıstanla bağlı üçüncü Moskva formatlı məsləhətləşmələrində iştirak etmək üçün Rusiyaya səfər etməsini gözləyirik" - Zaxarova söyləyib.
Məsləhətləşmələr oktyabrın 20-nə qədər davam edəcəyi planlaşdırılır. Moskva formatı 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistan xüsusi elçilərinin altı tərəfli məsləhətləşmə mexanizmi əsasında qurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31