Rusiya və Çin donanmaları ikitərəfli hərbi təlimlərə başlayıb
14 Oktyabr 2021 12:42 DünyaOlaylar.az TASS- a istinadən xəbər verir ki, Rusiya və Çin donanmaları Yapon dənizində "Birgə Dəniz 2021" ikitərəfli hərbi təlimlərə başlayıb.
Bu barədə Rusiya Sakit Okean Donanmasının mətbuat xidmətindən oktyabrın 14-də verilən məlumatda bildirilir.
"Birgə Dəniz 2021 Rusiya-Çin dəniz təlimləri 14-17 oktyabr tarixlərində Yapon dənizində davam edəcək",- deyə məlumatda qeyd olunub.
Dəniz manevrlərində iştirak edən Çin döyüş gəmiləri arasında Kunming və Nanchang qırıcıları, Qinzhou və Luzhou korvetləri, həmçinin dizel sualtı qayığı, təchizat gəmisi və xilasetmə gəmisi var.
Məlumata görə, Çin hərbi gəmilərindən ibarət qrup oktyabrın 13 -də Böyük Pyotr körfəzindəki dayaq yerinə gəlib.
Sakit Okean Donanmasının dəniz aviasiyası və Çin donanması 12 təyyarə və helikopterilə təlimdə iştirak edir..