SON DƏQİQƏ: Türk kəşfiyyatından ŞOK ƏMƏLİYYAT - İranlı agentlər həbs edildi / VİDEO
13 Oktyabr 2021 21:25 DünyaTürkiyədə 2-si iranlı agent olmaqla 8 nəfər saxlanılıb.
Kanal.az xəbər verir ki, İrandan gələn agentlər Vanda yaşayan keçmiş iranlı əsgəri qaçırmayı planlaşdırılıb. Əsgərin İrana qaçırılması üçün 30 min dollar büdcə ayrılıb. Bu büdcə ilə agentlər türklərin iştirakı ilə dəstə qurublar. Agentlərin təlimatları ilə hərəkətə edən dəstə üzvlərindən keçmiş iranlı hərbçinin və onun həyat yoldaşının İrana qaçırılması tələb olunub. Dəstə üzvlərinə xəbərdarlıq edilib ki, təlimata uyğun hərəkət etməsələr onların İranda yaşayan ailələrinə zərər veriləcək.
Ötən ay türk kəşfiyyatı və polisi keçmiş hərbçini qaçırmaq üçün onun evinə soxulmağa hazırlaşan dəstə üzvlərini həbs edib. Əməliyyatın detalları isə indi açıqlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31