OPEC+ sazişinin 2022 -ci ilin sonuna qədər qüvvədə olacağını gözləyir- Putin

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin  OPEC+ sazişinin 2022 -ci ilin sonuna qədər qüvvədə qalacağını söyləyib.

Bu barədə Vladimir Putin oktyabrın 13-də Rusiya Enerji Həftəsinin plenar iclasındakı çıxışında bildirib.

"Sazişin gələn ilin 2022 -ci ilin sonuna qədər qüvvədə olacağını düşünürük", - deyə Putin bildirib.

Məlumata əsasən,  OPEC+ ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər şansın olduğunu göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31