Daha 28.717  nəfərdə COVID-19 infeksiyası qeydə alındı

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son  sutka ərzində 28.717 nəfərdə  koronavirusa yoluxma halı aşkarlanıb. Ümumi  yoluxanların sayı 7.861.681-ə çatıb.

Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.

Yoluxanların  artım tempi 0.37% təşkil edib.

Son sutka ərzində Sankt-Peterburqda 2470, Moskvada isə 1898 yeni yoluxma faktı qeyda alınıb. Həmçinin,  Samarada 735, Nijni Novqorodda 668, Başqırdıstanda 662 nəfərdə yeni yoluxma halı müəyyən edilib.

Hazırda  Rusiyada 726.266 nəfər  koronavirus xəstəsi  müalicə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31