Bu ölkədə koronavirusa yoluxma kəskin artdı
13 Oktyabr 2021 13:33 DünyaOlaylar.az Sputnik-Georgia-a istinadən xəbər verir ki, Gürcüstanda son sutka ərzində yoluxanların sayı 4837 nəfər artaraq, 645195-ə çatıb.
Bu barədə StopCov rəsmi saytından məlumat verilib.
Məlumata əsasən, Gürcüstanda son sutka ərzində 1586 nəfər sağalıb, 26 nəfər isə dünyasını dəyişib.
Yoluxanların artım tempi gün ərzində- 9.79%, son 14 gün ərzində -6.95%, son 1 həftədə isə-8.52% təşkil edib.
Hazırda Gürcüstanda 1.889.200 nəfərdən 6.837-i koronavirusa qarşı peyvənd olunub.
Xatırladaq ki, Gürcüstanda ilk koronavirusa yoluxma halları fevralın 26-da qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31