Yoluxanların sayı 28,190 nəfərə çatıb
12 Oktyabr 2021 13:56 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 28,190 artaraq 7,832,964 nəfərə çatıb.
Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat yayılıb.
Yoluxanların artım tempi 0.36% təşkil edib.
Son sutka ərzində Moskvada 4.699, Sankt -Peterburqda 2.158, Moskva Bölgəsində 1.804 yeni yoluxma faktı müəyyən edilib. Həmçinin, Samarada 726, Nijni Novqorodda 655, Voronejdə isə 649 yeni yoluxma halı aşkarlanıb.
Hazırda Rusiyada 720 334 koronavirus xəstəsi müalicə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31