Rusiya bu ölkə ilə əməkdaşlıq proqramı hazırladı

Olaylar.az TASS-a istinadən xəbər verir ki,  Rusiya və Türkmənistan 2021-2023-cü illər üçün iqtisadi əməkdaşlıq proqramı imzalayıb.

Bu barədə TDH xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 8-də  Türkmənistanın paytaxtında iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkmənistan hökumətlərarası komissiya həmsədrlərinin iclası keçirilib.  Görüşdə, Nazirlər və dövlət qurumlarının rəhbərləri, iş adamları da daxil olmaqla bir çox hökumət orqanlarının rəhbərləri və nümayəndələri iştirak edib.  Nəticədə, Türkmənistan və Rusiya Federasiyası Hökumətləri arasında 2021-2023-cü illər üçün İqtisadi Əməkdaşlıq Proqramı imzalanıb.

Əlavə olaraq, görüş iştirakçıları Rusiyanın Türkmənistanın strateji tərəfdaşlarından biri olduğunu və ölkə hökuməti ikitərəfli əlaqələri gücləndirməyi öz prioritetlərindən biri hesab edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31