Yoluxanların sayı 27550 nəfərə çatıb
7 Oktyabr 2021 19:04 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində 27550 nəfərdə koronavirusa yoluxma halları qeydə alınıb. Ümumi infeksiyaların sayı 7,690,110 nəfərə çatıb.
Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.
Virusa yoluxanların artım tempi 0.36% təşkil edir.
Son sutka ərzində Sankt-Peterburqda 2418, Moskvada 1454 yeni yoluxma halları aşkar edilib. Eyni zamanda, Samarada 644, Nijni Novqorodda 621, Voronejdə 604 nəfərdə yoluxma halı qeydə alınıb.
Hazırda Rusiyada 677,331 nəfər koronavirus xəstənin müalicəsi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31