"Taliban" toylarla bağlı yeni qadağalar tətbiq etdi
7 Oktyabr 2021 14:53 Dünya"Taliban" Əfqanıstanda toyların keçirilməsi ilə bağlı yeni qadağalar tətbiq edib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən mərasim musiqiçilər iştirakı olmadan keçiriləcək, qadınlar və kişilər bir-birilərindən aralı oturacaqlar.
Ancaq əvvəllər kişi və qadın otaqlarının arakəsmə ilə ayrılmasına icazə verilirdi. Lakin "Taliban" bunun kifayət olmadığını düşünür.
Bundan əvvəl radikal qruplaşma qadınlara gözəllik salonlarına getməyi, kişilərə isə saqqallarını qırxdırmağı qadağan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31