Bu ölkə BMT-dən 90 milyon borc tələb etdi

Olaylar.az TASS-a istinadən xəbər verir ki,Əfqanıstanın elektrik şirkəti Da Afqanıstan Breshna Sherkat (DABS), ölkənin xarici elektrik təchizatına olan borcunu bağlamaq üçün Birləşmiş Millətlər Təşkilatının  Əfqanıstandakı Yardım Missiyasından (UNAMA) 90 milyon dollar istəyib.Bu barədə Əfqanıstan mediası məlumat yayıb.

DABS ölkənin elektrik təchizatı üçün qonşu ölkələrə təxminən 62 milyon dollar borcu olduğunu söyləyib.

Kabilin İrana 25 milyon dollardan, Tacikistana 11,2 milyon dollardan, Özbəkistana 9,9 milyon dollara və Türkmənistana 5,1 milyon dollardan çox borcu var. Bundan əlavə, şirkətin yerli elektrik enerjisi istehsal edən müəssisələr qarşısında  da öhdəlikləri mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31