Bu ölkənin Baş prokuroru saxlanıldı - Korrupsiyaya görə - VİDEO

Moldovanın Baş prokuroru Aleksandr Stoyanoqlo korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək 72 saat müddətinə saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı Viktor Furtune açıqlamasında deyib.

Qeyd edək ki, bundan əvvəl ədliyyə naziri Sergey Litvinenko Stoyanoqlonun müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıldığını, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün barəsində cinayət işi açıldığını bildirmişdi.

Onun müavinləri də işdən uzaqlaşdırılıb. (bakupost)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31