Yoluxanların sayı 25,110 nəfərə çatdı

Olaylar.az TASS-a istinadən  xəbər verir ki, Rusiyada son sutka  ərzində 25,110 nəfərdə COVID-19 infeksiyasına yoluxma halı  qeydə alınıb. Ümumi yoluxma sayı 7 637 427 nəfərə çatıb.

Bu barədə  oktyabrın 5-də koronavirusla mübarizə böhran mərkəzindən  mediaya verilən məlumatda bildirilib. 

Məlumata görə, yeni yoluxanların  artım tempi 0.33% təşkil edib.

Son sutka ərzində Sankt -Peterburqda 1,894, Moskvada 1,788, Samarada 631 yeni yoluxma faktı aşkar edilib. Həmçinin, Nijni Novqoroda 602, Voronejdə isə 593 nəfərdə yoluxma halı qeydə alınıb.

Hazırda Rusiyada 666 672  koronavirus xəstəsi müalicə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31