Virusa yoluxma halları kəskin artdı

Olaylar.az TASS-a istinadən xəbər verir ki,  Rusiyada son sutka  ərzində 25 781 nəfərdə  COVID-19 infeksiyası qeydə alınıb.   Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən  mətbuata  məlumat verilib. Ümumi yoluxma sayı 7,612,317 nəfərə  çatıb.

Yeni yoluxanların artım tempi  0.34%  təşkil edib.

Son sutka  ərzində Sankt-Peterburqda 2.198 , Samarada 626 nəfərdə yoluxma halı müəyyən olunub. Həmçinin, Nijni Novqoroda 596, Voronejdə 588, Sverdlovskda  534  nəfərdə yeni yoluxma faktı aşkar edilib.

Hazırda , Rusiyada 661 025 koronavirus  xəstəsi müalicə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31