Fumio Kişida baş nazir təyin oldu
4 Oktyabr 2021 11:26 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada hakim Liberal Demokrat Partiyasının lideri Fumio Kişida parlamentin iclası zamanı baş nazir seçilib.
Bu barədə Yaponiya mediası məlumat yayıb.
Məlumata görə, Yaponiya Parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasının iclası zamanı parlament üzvləri ölkənin yeni baş nazirini seçmək üçün bir araya gəlib.
Fumio Kişida 311 səs toplayaraq Yaponiyanın 100-cü baş naziri olub.
Kişida öz vəzifəsini 2021-ci il oktyabrın 31-də keçiriləcək növbədənkənar ümumi seçkilərə qədər yerinə yetirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31