1992-ci ildə dağda yoxa çıxan gəncin cəsədi tapıldı

Fransada şok edici hadisə baş verib. 1992-ci ildə Mont Blanc dağının buzlağında uçuruma düşən və bir daha xəbər alınmayan 21 yaşlı gəncin cansız cəsədi 29 il sonra tapılıb.

Olaylar.az xəbər verir ki, Haut Savoie bölgəsindəki Mont Blanc dağının Tre-la-Tete buzlağında bir qrup alpinist dünən 2750 metr yüksəklikdə cansız bir cəsədlə qarşılaşıb. Dağ xilasetmə xidmətlərinin əldə etdiyi məlumata görə, 1971 -ci il təvəllüdlü Fransız alpinist 29 ildir itkin düşmüşdü. Alpinistin 21 yaşında uçuruma düşdüyü və ailəsini tapmaq üçün axtarışlara başlanıldığı bildirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31