Türkiyə azərbaycanlı alimin hazırladığı peyvəndlə bağlı hərəkətə keçdi - İNANILMAZ ÜSUL

 

Türkiyənin Akdeniz Universitetində hazırlanan kokteyl COVID-19 peyvəndlərinin sınaqları üçün hazırdır.

Türkiyə mediası  xəbər verir ki, Akdeniz Universitetinin professoru Tərlan Məmmədovun və rəhbərlik etdiyi qrupun il yarımdır üzərində işlədikləri "Nicotiana Benthamiana" tütün növünün yarpaqlarından hazırlanan kokteyl peyvəndin uşaqlarda da istifadəsi mümkündür.

T.Məmmədov bildirib ki, hazırlanan peyvənd koronavirusun mutasiyalarına qarşı da təsirli olacaq:

"Peyvəndin bədəndə ikiqat antitel yaratmasını, iki dəfə çox qoruyucu olmasını da hədəfləmişik. Buna görə də ona kokteyl deyirik".

Professor əlavə edib ki, sözügedən bitkini torpaqsız yüksək miqdarda hazırlamaq mümkündür:

"Biz hazırda onu laboratoriyada yetişdiririk. 1 kiloqram bitkidən 5 min doza peyvənd hazırlamaq mümkündür. Düşünürəm ki, hazırladığımız peyvənd ən təhlükəsizdir. Çünki onun əsasını protein təşkil edir".

Qeyd edək ki, Tərlan Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. (lent.az)

Azərbaycanlı alimin hazırladığı COVID-19 peyvəndinin sınaqlarına başlanılacaq 

Azərbaycanlı alimin hazırladığı COVID-19 peyvəndinin sınaqlarına başlanılacaq 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31