Şimali Koreya, yeni hipersəsli raketini sınaqdan keçirib

Olaylar.az xəbər verir ki, sentyabrın 28-də  Şimali Koreya yeni "Hwasong-8" hipersəsli raketini sınaqdan keçirib. Bu barədə Rodong Sinmun qəzetinin sentyabrın 29-da  yazdığı məlumatda qeyd olunur.

Məlumata görə, sınaqlar şimaldakı Jagang əyalətindəki bir poliqonda keçirilib.

Sınaq  zamanı raketin manevr qabiliyyəti və dayanıqlığı təsdiqlənib.

Əlavə olaraq, Şimali Koreya ordusu raketin mühərrikinin və yanacaq sisteminin sabitliyini qeyd edib.

Raketin vuracağı məsafə barədə hələlik heç bir məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31