Koronavirusa yoluxanların sayı azalıb

Olaylar.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sentyabrın 29-da Cenevrədə nəşr olunan həftəlik bülleteninə görə, son bir həftə ərzində dünyada 3.3 milyondan çox yeni koronavirusa yoluxma  halları və 55 mindən çox ölüm hadisəsi qeydə alınıb.

Məlumata görə, son yeddi gündə yeni yoluxma və ölümlərin sayı 10% azalıb.

ÜST həftəlik epidemioloji yeniləməsində 20-26 sentyabr tarixləri arasında təşkilata 3.3 milyondan çox yoluxma halları və 55 mindən çox ölüm haqqında məlumat verildiyini söyləyib.

Keçən həftə Şərqi Aralıq dənizi (17%azalma), Qərbi Sakit Okean (15%azalma), Amerika (14%azalma), Afrika (12%azalma) və Cənub -Şərqi Asiyada (10%) koronavirusa yoluxma halları azalıb.  Avropada isə  yoluxma  sayı əvvəlki günlərlə  müqayisədə eyni səviyyədə qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31