Qadınlardan GÖZLƏNİLMƏZ SÖZLƏR: Nə edirik ki, kişiləri aldadırıq / VİDEO

Türkiyənin Qazientep vilayətində kişiləri görüş adıyla aldadaraq pullarını alan çox sayda qadın saxlanılıb. Onlar pulları alandan sonra görüşdən imtina edirmişlər.

Metbuat.az xəbər verir ki, şikayətlərdən sonra polis nəzarətinə götürülən qadınların açıqlamaları diqqət çəkib:

"Nə edirik ki, adam aldadırıq da. Gün ərzin də 20 nəfəri aldadırıq. Axmaq çoxdur biz nə edək".

Polisin məlumatına görə, nəzarətə götürülən qadınlardan 3-ü həbs edilib. Məlumata görə, digər 5 qadın sərbəst buraxılıb. Qadınlar polisin davranışlarına etiraz ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31