Ölməyi "unudan" qadın: 300 yaşı olduğu iddia edilir - VİDEO
24 Sentyabr 2021 19:24 DünyaDünyanın ən yaşlı insanı olduğu deyilən pakistanlı qadının videosu sosial şəbəkələrdə gündəm olub.
Ölkə.Az "Təl Əviv Post"a istinadla xəbər verir ki, yayılan görüntülərdə qadının 300 yaşında olduğu iddia edilib.
Bəzi sosial şəbəkə istifadəçiləri bu qədər yaşamağın mümkün olmadığını bildirib.
Sözügedən videoya "qadın ölməyi unudub"," yaşı daha çox görünür", "elə bildim 400 yaşı var" və s. şərhlər yazılıb.
Qeyd edək ki, Ginnesin Rekordlar Kitabında qeydiyyata alınan ən yaşlı şəxs 118 yaşındakı Kane Tanakodur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31