Azərbaycan əhalinin vaksinasiyası səviyyəsinə görə MDB-də liderdir - FOTO
22 Sentyabr 2021 21:51 DünyaAzərbaycanda koronavirusa qarşı mübarizədə ciddi uğurlar əldə olunub.
Bunu ölkəmizin COVID vaksinasiya sahəsində MDB-də lider mövqe tutması bir daha sübut edir.
Oxu.az xəbər verir ki, Britaniyanın nüfuzlu "Financial Times" nəşrinin məlumatına görə, hazırda Azərbaycanda əhalinin hər 100 nəfərinə 80.2 doza peyvənd istifadə edilib.
Məlumata əsasən, ölkə sakinlərinin 46.3 faizi bir doza, 34 faizi isə hər iki doza peyvəndlə vaksinasiya olunub.
Qeyd edək ki, siyahıda Qazaxıstan ikinci, Rusiya isə üçüncüdür. Qonşu ölkələrdən Gürcüstan beşinci, Ermənistan isə sondan ikinci yerdə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31