70 yaşlı nənənin oğru ilə savaşı: görüntülər izləyənləri şoka saldı - VİDEO

70 yaşlı təqaüdçü qadın soyğunçu ilə mübarizə apararaq çantasını əlindən almağa imkan verməyib.

Ölkə.Az Rusiya mediasına istinadən xəbər verir ki, 22 yaşlı bir quldur Moskvanın mərkəzində -Ostojenkada ahıl şəxsə hücum edib. Nənə yerə yıxılıb, amma yenə də çantanı buraxmayıb.

Soyğunçu onu asfalt boyunca sürüyüb, lakin qadın yenə də təslim olmayıb. Cəhdlərinin nəticə vermədiyini görən şəxs hadisə yerindən qaçıb.

Zərərçəkən xəstəxanaya müraciət edib, soyğunçu saxlanılıb.

O, əməlini etiraf edib və utandığını, təqaüdçüdən üzr istəmək üçün yerə qayıtdığını söyləyib.

Faktla bağlı "Cinayətə hazırlıq və cinayətə cəhd" və "Soyğunçuluq" maddələri ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31