Dünyanın ən ucuz elektromobili: CƏMİ 100 DOLLAR
22 Sentyabr 2021 18:55 DünyaÇinin onlayn ticarət platforması olan "Alibaba"da dünyanın ən ucuz elektromobilinin satışına başlanılıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, o, yalnız bir nəfərin daşınması üçün nəzərdə tutulub.
Elektromobil şəhər yollarında hərəkət etmək üçün bütün lazımi cihazlarla təchiz edilib.
Maksimal sürəti 40 km/saat olan elektromobil birdəfəyə 60 km məsafə qət edir.
Çin istehsalı elektrokarın uzunluğu 2133 mm, eni 900 mm, hündürlüyü isə 1495 mm-ə bərabərdir. Komplektasiya və çatdırılma şərtlərindən asılı olaraq nəqliyyat vasitəsinin qiyməti 100-4000 dollar arasında dəyişir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31