Koronavirusdan ölənlərin sayı 800-ü KEÇDİ
21 Sentyabr 2021 15:25 DünyaRusiyada 19 179 yeni növ koronavirusa yoluxma halları qeydə alınıb. Gündəlik koronavirusdan ölüm sayı 820 nəfərə çatıb.
Olaylar.az xəbər verir ki, koronavirusla mübarizə böhran mərkəzindən sentyabrın 21-də mətbuata verilən məlumata əsasən, Rusiyada son sutka ərzində təsdiqlənmiş yeni koronavirusa yoluxanların sayı 19,179 artaraq 7,313,851-ə yüksəlib
Nisbi artım tempi 0,26%təşkil edib.
Xüsusilə, Moskvada 1101 , Sankt-Peterburqda isə 1060 nəfər COVID-19 infeksiyasına yoluxma halları qeydə alınıb. Samarada son sutka ərzində 524, Sverdlovskda 511 və Voronejdə 491 nəfər koronovirusa yoluxub.
Hazırda Rusiyada 587 932 aktiv koronavirus xəstəsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31