Gürcüstan Ermənistanı belə təbrik etdi
21 Sentyabr 2021 15:26 DünyaTiflisdəki tv qülləsi Ermənistanın dövlət bayrağının rənglərinə boyanıb.
Olaylar.az xəbər verir ki aksiya 2018-ci ildən başlayaraq ənənə halına çevrilib.
Bu barədə Ermənistanın Gürcüstandakı səfirliyinin "Facebook" səhifəsində məlumat verilib.
Qeyd olunur ki, Ermənistanın müstəqillik gününə həsr olunan aksiya sentyabrın 21-nə keçən gecə baş tutub.
Sentyabrın 21-də Ermənistan Respublikası müstəqilliyinin 30-cu ildönümünü qeyd edir. Məhz 1991-ci ilin bu günündə ölkədə referendum keçirilib. İştirakçıların böyük əksəriyyəti (99%) müstəqil dövlətçiliyin qurulması lehinə çıxış edib. Səsverməyə yararlı seçicilərin demək olar ki, 95%-i iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31