Rusiyada silahlı insidentdə ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur - RƏSMİ
20 Sentyabr 2021 17:34 DünyaRusiyada universitetdə silahlı insidentdə ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Olaylar.az xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olması barədə məlumat daxil olmayıb və məsələni Azərbaycanın Rusiyadakı səfirliyi nəzarətdə saxlayır.
Qeyd edək ki, Rusiyanın Perm şəhərində universitetdə baş verən silahlı insident nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralının olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31