Putin Perm Universitetində ölənlərin ailələrinə başsağlığı verib

Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Baş nazirə yaralılara və atışmada həlak olanların yaxınlarına yardım göstərmək məqsədilə nazirlər Valeri Falkov və Mixail Muraşkonu Permə göndərməyi tapşırıb.

Olaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Perm Dövlət Universitetində bugünkü atışma nəticəsində ölənlərin ailələrinə və yaxınlarına üzülərək başsağlığı verib.

Bu barədə Kremlinin mətbuat katibi Dmitri Peskov sentyabrın 20-də  mediaya açıqlamasında bildirib.

"Prezident bu faciə nəticəsində yaxınlarını və dostlarını itirənlərə dərin hüznlə başsağlığı verir"-deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31