Fransa bu ölkə ilə danışıqları ləğv etdi

Fransanın müdafiə naziri Florens Parli Britaniya, ABŞ və Avstraliya arasında təhlükəsizlik haqqında sazişin ardından britaniyalı həmkarı ilə danışıqları ləğv edib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  Avstraliya nüvə enerjisi ilə işləyən sualtı qayıqların tikintisi üçün Aukus razılaşmasını imzalamasından və Fransa ilə bağladığı müqavilədən imtina etdikdən sonra Paris administrasiyasının bütün səviyyələrində reaksiyalar artmaqda davam edib.

Son olaraq Fransanın müdafiə naziri Florens Parli bu həftə Londonda Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşü ləğv edib.

 Məlumata əsasən bildirilir ki, Britaniyanın Fransadakı keçmiş səfiri Lord Riketts görüşün bir qədər sonraya təxirə salındığını təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31