İrəvanda ara qarışdı - POLİSLƏ QARŞIDURMA + FOTO

Ermənistan paytaxtında qarşıdurma yaranıb.

Kanal.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, qarşıdurma İrəvanda dövlət müstəqilliyin 30-cu ildönümünün keçirilməsinə etiraz edənlərlə polislər arasında baş verib. Müstəqilliyin 30-cu ildönümü ilə bağlı bayram tədbirlərinin keçirilməsinə etiraz edənlərin ictimai təşkilatların nümayəndələri, müharibədə ölən və itkin düşən hərbçilərin yaxınları olduğu bildirilir. 

Onlar 21 sentyabrda Ermənistanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş bayram tədbirləri keçirməklə bağlı hakimiyyətin planlarına etiraz ediblər. Müstəqilliyin ildönümünün bayram tədbiri, konsertlə qeyd edilməsi planlaşdırılır. Aksiyaçılar bayram tədbirlərini ləğv etməyi tələb edib. Bu zaman polislə aksiyaçılar arasında qarşıdurma yaranıb, saxlanılanların olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31