SON DƏQİQƏ: Şiddətli zəlzələ baş verdi: Binalar dağıldı - Ölənlər var / VİDEO

Çinin Sıçuan əyalətində rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, yeraltı təkanların episentri Luşien bölgəsində yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ zamanı 3 nəfər həyatını itirib. Daha 3 nəfər yaralanıb. Çox sayda tikili dağılıb. Lakin fəsadların artacağı istisna edilmir. Çin hökuməti bölgədə "2-ci səviyyəli təcili müdaxilə mərkəzi"ni fəaliyyətə keçirib. Bəzi ərazilərdə isə "1-ci səviyyəli təcili müdaxilə mərkəzi" hərəkətə keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31