Gürcüstanda daha 2 176 nəfərdə COVID-19 aşkarlanıb
16 Sentyabr 2021 11:52 DünyaGürcüstanda ötən sutkada koronavirusa 2 176 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 589 727-yə, ölənlərin sayı isə 8 390-a yüksəlib.
Son 24 saat ərzində 2 838, ümumilikdə isə 554 618 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31