Koronavirusa yoluxanların sayı 251 323-ə çatıb

Ermənistanda daha 756 nəfər COVID-19-a yoluxub. Bununla da yoluxanların sayı 251 323-ə çatıb.

Olaylar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 251 323 -ə çatıb. Son sutkada koronavirusdan 19 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 075-ə yüksəlib.

Koronavirusa yoluxan 234 416 nəfər sağalıb. Hazırda 10 649 pasiyent müalicə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31