Koronavirusa yoluxanların sayı artıb

Hazırda Rusiyada 564,813 aktiv koronavirus xəstəsi  var ki, bu da pandemiyanın başlanmasından bu günə qədər ən yüksək rəqəmdir.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada koronavirusa yoluxma halları son sutka  ərzində 18.841 artaraq 7.194.926-ya yüksəlib.

Məlumata görə, Rusiyada koronavirusun artım tempi 0,26%təşkil edib.

Xüsusilə, Moskvada son bir gündə 1.838, Sankt -Peterburqda 1609, Moskva bölgəsində 790 və Sverdlovsk bölgəsində 502 koronavirusa yoluxma hadisəsi aşkarlandığı bildirdi. Samara və Voronej bölgələrində isə 473 yeni koronavirus xəstəsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31