Britaniya 12 yaşdan yuxarı yeniyetmələrin vaksinasiyasına başladı
14 Sentyabr 2021 12:13 DünyaBöyük Britaniya hökuməti yerli həkimlərin 12-15 yaş arası sağlam uşaqları koronavirusa qarşı tək doza "Pfizer/BioNTech" ilə peyvənd etmələri ilə bağlı tövsiyəsini dəstəkləyib. Bu barədə peyvənd məsələləri üzrə nazir Nadim Zahavi bəyan edib. Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir səlahiyyətlilərin bu ideyanın vaksinasiya proqramının digər mərhələlərində olduğu kimi təcili olaraq həyata keçirilməsinə başlanacağını açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ, Danimarka, Avstraliya, Ukrayna, Yunanıstan, Yaponiya və s. ölkələrdə 12-yaşda yuxarı yeniyetmələrin koronavirusa qarşı peyvənd vurdurması dəstəklənmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31