Rusiya İspaniya, İraq, Keniya və Slovakiya ilə hava əlaqələrini bərpa edir

Sentyabrın 13-dən etibarən  Rusiya 53 ölkə ilə hava əlaqələrini yenidən bərpa etdi.

Olaylar.az rus mediasına istinadən xəbər verir ki. Rusiya sentyabrın 21 -dən İspaniya, İraq, Keniya və Slovakiya ilə uçuşları bərpa edir.

Nazirlər kabinetindən verilən məlumata əsasən bildirilir ki,  sentyabrın 21 -də Pskov, Maqadan, Murmansk və Çitadan Misir və Türkiyəyə uçuşlar da  bərpa ediləcək.

Məlumata görə, Moskvadan Bağdada həftədə iki uçuş, həftədə dörd uçuş Moskvadan Madrid və Barselonaya, Malaga və Alikanteyə isə həftədə iki uçuş olacaq. Keniyaya həftədə iki uçuş planlaşdırılır, həftədə dörd uçuş Moskvadan Bratislavaya və həftədə iki uçuş Sankt -Peterburqdan Bratislavaya uçuşlar baş tutacağı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31